İqtisadiyyat, ticarət və investisiya bir-birindən ayrılmaz

Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci Çinin Şanxay şəhərində təşkil edilən G 20 İqtisadiyyat Nazirləri Toplantısında iştirak edib

526086
İqtisadiyyat, ticarət və investisiya bir-birindən ayrılmaz

  Zeybekci qlobal iqtisadiyyatdakı qeyri-sabitliyin davam etdiyinə diqqət çəkərək beynəlxalq ticarət inkişaf və xarici investisiya proseslərinin ümumi mənfi gedişatdan təsirləndiyini söyləyib.

  Nazir "G 20 Ticarət və İnvestisiya mexanizminin gücləndirilməsi" mövzulu çıxışında: “İqtisadiyyat, ticarət və investisiya bir-birindən ayrı anlayışlar deyil, amma biri ayrı düşdümü, inkişaf mümkün olmur”, - deyib.

  İqtisadiyyat naziri Nihat Zeybekci "Çoxtərəfli ticarət sisteminin gücləndirilməsi" başlıqlı ikinci iclasdakı çıxışında da “İnvestisiya mühitinin yaxşılaşdırılması ardıcıl proses tələb edir… Qlobal investisiya siyasəti əməkdaşlıq və koordinasiyalı təşviq sayəsində mümkündür və əhəmiyyətlidir”, - deyə vurğulayıb.  



Әlaqәli Xәbәrlәr