“Böhrandan çıxmanın şərtlərindən biri xarici sərmayənin ölkəyə girişidir”, H.Ruhani

Mühafizəkarlar bunu rejim üçün təhdid hesab edərək qarşı çıxırlar

499643
“Böhrandan çıxmanın şərtlərindən biri xarici sərmayənin ölkəyə girişidir”, H.Ruhani

   İran prezidenti Həsən Ruhani ölkənin iqtisadi durğunluğunun daxili problemlərdən asılı olduğunu söyləyib.  

  İran Milli Məclisində danışan Ruhani dini lider Əli Xameneyinin tətbiq olunması təlimatını verdiyi "Müqavimət iqtisadiyyatı" proqramına münasibət bildirərək deyib: “Ən az 8 faiz inkişaf sürətini tutmaq məcburiyyətindəyik. Bu isə təkcə neft gəlirləriylə mümkün deyil. Ölkəyə ildə 30-50 milyard dollar arası xarici sərmayə girişinə ehtiyac var”.

  Qeyd edək ki, İranın gəlirinin 70-80 faizi neftə söykənir. Dünyada neft qiymətlərinin enişi və ölkəyə tətbiq olunan sanksiyalara görə İran yaşadığı iqtisadi böhrandan çıxmanın yollarını axtarır.

  İslahatçı və mülayim muhafizəkarlara yaxınlığıyla tanınan Həsən Ruhani xarici sərmayənin ölkəyə girişini böhrandan çıxmanın şərtlərindən biri kimi gördüyü halda, mühafizəkarlar bunu rejim üçün təhdid hesab edərək qarşı çıxırlar.



Әlaqәli Xәbәrlәr