Yunanıstan Parlamenti yeni tədbirlər paketi qəbul edib

Yunanıstan Parlamentində “Vergi yağışı” paketi qəbul edilib.

495759
Yunanıstan Parlamenti yeni tədbirlər paketi qəbul edib

Yunanıstan Parlamenti yeni tədbirlər paketi qəbul edib.

300 üzvü olan parlamentdə qəbul edilən yeni paket, vergi artımı, kəmərsıxma siyasətinin daha da gücləndirilməsi və yeni özəlləşdirmə fondu qurulmasını nəzərdə tutur.

Yunan mətbuatı 7000 səhifəlik islahat paketini "Vergi yağışı gəlir" başlığı ilə nəşr edib.

Aleksis Sipras hökuməti paketin qəbulu ilə, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun kredit məsələsini həll edəcəyinə ümid edir.  

Bu arada paketin müzakirəsi zamanı 10 min nəfər parlamentin qarşısında etiraz aksiyası keçirib. 

 



Әlaqәli Xәbәrlәr