Neft yenidən ucuzlaşır

Aprelin 21-də dünya bazarında 1 barrelinin qiyməti 46 dolları keçən neft yenidən ucuzlaşmağa başlayıb.

476226
Neft yenidən ucuzlaşır
Aprelin 21-də dünya bazarında 1 barrelinin qiyməti 46 dolları keçən neft yenidən ucuzlaşmağa başlayıb. London əmtəə birjasında “Brent” markalı neft 0,24 dollar və yaxud 0,55% ucuzlaşaraq 45,08 dollara satılıb.Nyu-York birjasında isə “WTI” markalı qara qızılın hər barreli 0,58 dollar və yaxud 1,34 % ucuzlaşaraq 43,76 dollar təşkil edib. ​

​Aprelin 21-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 45,42 dollara satılıb. Məlumata görə, bu, aprelin 20-də qeydə alınmış qiymətdən 0,51 dollar və yaxud 1,14% çoxdur.​



Әlaqәli Xәbәrlәr