Fitch Ratings Səudiyyə Ərəbistanının kredit reytinqinin düşdüyünü açıqladı

Beynəlxalq Kredit Reytinqi Təşkilatı - Fitch Ratings Səudiyyə Ərəbistanının kredit reytinqinin "AA" səviyyəsindən "AA-" ya düşdüyünü kredit proqnozunun isə "neqativ" də olduğunu açıqladı.

469725
Fitch Ratings Səudiyyə Ərəbistanının kredit reytinqinin düşdüyünü açıqladı

Fitch Ratings​-in açıqlamasında neftin 1 barrelinin qiymətlərinin 2016-ci ildə 35 dollar, 2017-ci ildə isə 45 dollar olaraq revizə edilməsinin Səudiyyə Ərəbistanının maliyyə və xarici tarazlıqlarına mənfi təsirləri olduğu qeyd edildi.

Səudiyyə Ərəbistanının 2014-ci ildə Ümumi Daxili Məhsula nisbətlə 2,3 % səviyyəsində olan büdcə kəsirinin 2015-ci ildə 14,8 %-ə qədər yüksəldiyi vurğulanan açıqlamada ölkənin büdcə kəsirinin2016-ci ildə neft qiymətlərindəki artım ilə bir az yaxşılaşa biləcəyi , 2017-ci ildə isə kəsirin daha sürətli bir şəkildə azalacağı proqnozu verilir.



Әlaqәli Xәbәrlәr