Yunanıstanın keçmiş naziri Türk iqtisadiyyatını tərifləyib

Yunanıstanın keçmiş İqtisadiyyat və Maliyyə naziri Yannos Papantoniou, Uludağ İqtisadi sammitində "Yeni Dünyanın Nizamı və Gələcəyi" mövzusunda çıxış edib.

459095
Yunanıstanın keçmiş naziri  Türk iqtisadiyyatını  tərifləyib

Yunanıstanın keçmiş İqtisadiyyat və Maliyyə naziri Yannos Papantoniou, Uludağ İqtisadi sammitində "Yeni Dünyanın Nizamı və Gələcəyi" mövzusunda çıxış edib.

Papantoniou, Yunanıstanın Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzv olmasına qarşı olsa belə özünün Türkiyənin bu təşkilata üzv olmasını dəstəklədiyini bildirib.

Türkiyədə islahatların davam etdirməsinin lazım olduğunu vurğulayan Papantoniou: "Türkiyənin liberal islahatlarını davam etdirməsi, rəqabəti, iqtisadiyyatı daima dəstəkləməsi, qlobal mənada onsuz da qüvvətli bir dövlət olduğu ortaya qoyur. Türkiyə heç bir ölkədən qorxmayaraq dünyanın gənc nəslinə sahib dinamik inkişaf yolu keçir. Geopolitik mövqeyi olan Türkiyənin gücülü iqtisadiyyatda malik olması üçün bütün imkanları var "deyə vurğulayıb.

Papantoniou, Türkiyənin böyüyən, müvəffəqiyyətli iqtisadiyyatı olan super bir güc olduğunu söyləyib.

İsveçin keçmiş baş naziri Fredrik Reinfeld də çıxışında Birləşmiş Krallığın Avropa İttifaqında qalmasının həm Avropa həm də İngiltərə üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Birləşmiş Krallıq Avropa İttifaqından ayrılsa böyük ehtimalla Şotlandiya da Birləşmiş Krallıqdan ayrılacaq deyə Fredrik Reynfeld qeyd edib.



Әlaqәli Xәbәrlәr