Dünyanın ən bahalı şəhəri

Siyahıya görə, həyatın ən ucuz olduğu şəhərlərin çoxu Asiyada yerləşir

448714
Dünyanın ən bahalı şəhəri

Sinqapur ardıcıl olaraq üçüncü dəfə dünyanın ən bahalı şəhəri seçilib.

İqtisadi təhlil və proqnozlar hazırlayan Economist Intelligence Unit (EIU) tərəfindən açıqlanan "Dünya miqyasında həyat bahalılığı" siyahısında ikinci sırada Sürix və Honq Konq olub.

İldə iki dəfə aparılan tədqiqatda aralarında yemək, içmək, geyim, ev əşyaları, şəxsi qulluq məhsulları, ev icarələri, nəqliyyat, özəl məktəb, çalışanların sayı və əyləncə xidmətləri nəzərə alınıb. 160 məhsul və xidmətə daxil olan 400 fərqli dəyər üzərində aparılan qiymətləndirmədə Sinqapur 116, Sürix və Honq Konq isə 114 xal alıb.

Açıqlamada Sinqapurun, xüsusilə, avtomobil qiymətləri, nəqliyyat xərcləri və geyim sektorunda Nyu-Yorkdan 2,7 qat bahalı olduğu bildirilir.

Siyahıya görə, həyatın ən ucuz olduğu şəhərlərin çoxu Asiyada yerləşir.

EIU araşdırmasında həyat bahalılığı ən az olan şəhərlərin sırasında Hindistandan Banqalor, Mumbai, Çennai şəhərləri və paytaxt Yeni Dehli yer alır.



Әlaqәli Xәbәrlәr