"Dənizlərin harmoniyası" ilk sinaq səfərinə çıxdı

Sərnişin gəmisinə minmək istəyənlər seçdikləri otağın komfortuna görə 400-1200 avro arası ödəniş etməli olacaqlar

448713
"Dənizlərin harmoniyası" ilk sinaq səfərinə çıxdı

Dünyanın ən böyük sərnişin gəmilərindən biri olan "Harmony of the Seas" - "Dənizlərin harmoniyası" ilk sinaq səfərinə çıxdı.

Fransanın güneyində Seint-Nazarire (Saint-Nazaire) limanında inşa edilən, uzunluğu 362, eni 66 metr olan gəmi manevr qabiliyyəti və təhlükəsizlik sistemlərini sınamaq məqsədiylə üç gün dənizdə qalacaq.

Qeyd edək ki, Amerika şirkəti tərəfinfən satın alınan 70 metr yüksəklikdə olan nəhəng sərnişin gəmisi 227 min tondur. Eyni zamanda, gəmidə 16 körpü var. 8 min sərnişin tutumuna malik olan gəmidə 2 mindən çox personal çalışacaq.

Sərnişin gəmisinə minmək istəyənlər seçdikləri otağın komfortuna görə 400-1200 avro arası ödəniş etməli olacaqlar.

"Harmony of the Seas" gəmisinin ilk ticarət səfərinin 12 mayda Aralıq dənizinə çıxması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr