Böhran ev alqı-satqı biznesinə zərər verməyib

Türkiyə ilə Rusiya arasında baş verən böhran ev alqı-satqı biznesinə zərər verməyib.

443180
Böhran ev alqı-satqı biznesinə zərər verməyib

Türkiyə ilə Rusiya arasında baş verən böhran ev alqı-satqı biznesinə zərər verməyib.

Ruslar Türkiyədə ən çox mənzil alan xaricilər siyahısında hələ də zirvədədir.

2013-2015 illəri arasında Türkiyədə ən çox mənzil alınan şəhər Antalya idi.

2015-ci ildə Antalyada xaricilər arasında mənzil alma sayı 6.122 ikən bunun 35 faizini Ruslar təşkil edib.

Türkiyə Statistika İdarəsinin verdiyi məlumata əsasən ruslar 2015-ci il yanvar - noyabr ayları arasında Antalyada 1886 mənzil alıblar.

İki ölkə arasında baş verən bu böhran səbəbilə noyabr ayından bu yana hələ ki heç kim aldığı evi sataraq geri qayıtmayıb.



Әlaqәli Xәbәrlәr