Türkiyə Avropadan 3 milyardlıq yardım alacaq

Avropa Birliyi Türkiyədə olan Suriyalıları dəstəkləmək üçün 3 milyard avro məbləğində maliyyə ayıracaq.

422144
Türkiyə Avropadan 3 milyardlıq yardım alacaq

Avropa Birliyi maliyyə mənbəyi mexanizmi 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Avropa Birliyi Komissiyasının birinci vitse-prezidenti Frans Timmermans bu vəsait ilə Türkiyədə olan suriyalıların gündəlik yaşayışlarına və sosial-iqtisadi vəziyyətlərinə dəstək verəcəklərini söyləyib.

AB və Türkiyənin qaçqın problemi ilə mübarizədə qarşılıqlı əməkdaşlığın artırılmasının vacibliyinə diqqət çəkən Timmerman, “Avropa Birliyi-Türkiyə birgə iş planının yaradılması qaçqın problemini nizamlayacaq” deyib.

Ayrılacaq 3 milyard avronun 500 milyonu Avropa Birliyi büdcəsindən, 2,5 milyardı isə Avropa Birliyinə üzv ölkələrin iştirakı ilə təmin olunacaq.

Digər tərəfdən noyabrın 29-da Brüseldə qaçqın probleminin həlli ilə bağlı Avropa Birliyi-Türkiyə zirvə toplantısı keçiriləcək.

Tədbirdə Baş nazir Əhməd Davudoğlu və Avropa Birliynə üzv ölkələrin liderləri iştirak edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr