Türkiyǝdǝ ǝn çox mǝnzil alan xarici ölkǝ vǝtǝndaşları

Bu ilin oktyabr ayında Türkiyədə mənzil alışı ötən ilin eyni dövrünə nisbətən 8,8% artıb.

368118
Türkiyǝdǝ ǝn çox mǝnzil alan xarici ölkǝ vǝtǝndaşları

Bu ilin oktyabr ayında Türkiyədə mənzil alışı ötən ilin eyni dövrünə nisbətən 8,8% artıb. Statisika İdarəsinə istinadən verdiyi xəbərə görə, ötən ay satılan evlərin sayı əvvəlki aya nisbətən 12,6% artaraq 104 098-ə çatıb.
Satılan mənzillərin ən çox hissəsi, yəni 18 468-i İstanbulun payına düşür. İkinci yerdə 11 028 mənzillə Ankara, üçüncü yeri isə 5 987 mənzillə İzmir tutur.
Türkiyədə mənzil satışında azalma müşahidə edilən vilayǝtlǝr sırasında əsas yerləri 9 mənzillə Hakkari, 18 mənzillə Ardahan və 51 mənzillə Bayburt tutur.
Məlumata görə, xaricilərə satılan mənzillərin sayında isǝ 23,8% artım müşahidə edilib və sayı 2 236-ya çatıb.
Türkiyədə ən çox ev alan xarici ölkə vətəndaşları arasında ilk yeri iraqlılar tutur. Onlar oktyabrda 430 mənzil alıblar. Növbəti yerlərdǝ Səudiyyə Ərəbistanı (325), Rusiya (191), Küveyt (142) və İngiltərə (133) vətəndaşları var.
Xaricilərin aldığı mənzillərin 780-i İstanbul, 567-si Antalya, 136-sı Bursa, 118-i Yalova, 103-ü Aydın və 102-si isə Muğlanın payına düşür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr