Türkiyə ilə Ruriya arasındakı enerji əməkdaşlığı davam edəcək

Enerji Naziri Əli Rıza Alaboyun, Rusiya ilə enerji sahəsindəki əməkdaşlığın davam etdiyini söylədi.

366755
Türkiyə ilə Ruriya arasındakı enerji əməkdaşlığı davam edəcək

G20 Liderlər Sammiti çərçivəsindəki Ərdoğan-Putin görüşündə enerji məsələsinin də müzakirə olunduğunu qeyd edən nazir: ‘‘Akkuyu Nüvə Stansiya layihəsinin həyata keçirilməsi üçün bəzi qanunlar çıxarılmalıdır’’ deyib.
Alaboyun, Akkuyu Nüvə Stansiyasınin ilk hissəsinin tikinti işlərinin 2016-cı ilin yanvar ayında başlayacağını 2022-ci ildə də işə başlayacağını bildirib.
Ərdoğan-Putin görüşündə Türk Axını layıhəsinin də müzakirə olunduğunu vurğulayan Alaboyun: ‘‘Türk Axını layihəsinə qarşı deyilik. Türk Axınında bəzi məsələlər üçün zamana ehtiyac var. Neçə xətt olacağı bəlli olacaq. Nəticədə kəmər tək Türkiyədən keçməyəcək. Türk Axını layihəsi Avropa İttifaqı ilə bir neçə ölkəni də yaxından maraqlandırır" deyə bildirib.
Rusiya prezidenti Vladimir Putin də G20-dən sonra təşkil olunan mətbuat konfransında Türk rəsmiləri ilə işgüzar mövzuları müzakirə etdiklərini deyib.
Rusiya lideri ticarətlə əlagədar bir sıra problemlərin olduğunu qeyd etdi və bu problemlərin Türk Axınının hüquqi statusu və təbii qazının güzəştli qiymətləri ilə bağlıdır dedi.
Xatırladak ki, Rusiya enerji naziri Aleksandr Nova da, Rusiyanın "Türk Axını" layihəsi ilə bağlı danışıqlara gedi döndməyə hazır olduğunu, ancaq bunun üçün Türkiyədə yeni hökumətin qurulmasını gözlədiklərini söyləmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr