Türkiyə geotermal sahəsində ən sürətlə inkişaf edən ölkədir

Geotermal Qaynaqlı Bələdiyyələr Birliyi və Kırşehir Bələdiyyəsinin sədri Yaşar Bahçeci Türkiyənin müalicəvi istixana və geotermal (geoistilik) elektrik qaynaqlar üzrə dünyanın ən sürətlə böyüyən ölkəsi seçildiyini deyib.

416017
Türkiyə geotermal sahəsində ən sürətlə inkişaf edən ölkədir

  Bahçeci geoistilik qanununa 2007-ci ildə qovuşan Türkiyənin yenilənə bilən enerji qaynaqlarını 30 faizə yüksəltmək fikrində olduqlarını bildirib.

  Türkiyənin geotermal mənbələrindən əldə etdiyi güc keçən ilin sonuna qədər 405 meqavat ikən, 2015-ci ilin 31 oktyabrından 615 meqavat olub. Cəmi 72 min 455 meqavat olan gücün 0,8 faizi geotermal mənbələrin üzərinə düşür. Mövcud 1407 elektrik stansiyasının 21-i geotermal qaynaqlarla çalışır.

  Mədən Tədqiqat Axtarış Baş İdarəsindən verilən məlumata görə, Türkiyədəki geotermal enerji potensialı 31 min 500 meqavatdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr