Türkiyə beynəlxalq kredit reytinqini qorudu

Dünyanın aparıcı kredit reytinqi agentliyi Standard and Poor"s Türkiyənin kredit reytinqini qorudu.

412113
Türkiyə beynəlxalq kredit reytinqini qorudu

Beynəlxalq kredit reytingi agentliyi Standard and Poor's Türkiyənin xarici  valyuta cinsindən kredit reytinqini "BB+", yerli pul cinsindən kredit reytinqini "BBB-" və xal mənzərəsini "mənfi" olaraq təsdiq etdi.

Verilən açıqlamada: "Türkiyənin çevik məzənnə nisbətinin və yaxşı sərmayələndirilmiş bank sisteminin xarici şoklara qarşı müqavimət göstərəcəyini düşünürük" deyildi.

Beynəlxalq agentlik Türkiyənin dövlət borcunun da idarəolunan səviyyələrdə qalacağı ehtimalını irəli sürür.

AK Partiyanın 1 Noyabr seçkilərindən təkbaşına iqtidar olacaq əksəriyyəti əldə edərək qalib çıxdığını xatırladan agentlik Türkiyənin 2016-2018-ci illər dönəmində orta hesabla 2,7 % böyüyəcəyi proqnozunu verdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr