Almaniyada yeni onlayn ödəniş sistemi istifadəyə verilib

“Paydirekt” saytından artıq istifadə etmək olar

410709
Almaniyada yeni onlayn ödəniş sistemi istifadəyə verilib

Almaniyada “PayPal” sisteminin rəqibi ola biləcək "Paydirekt” ödəniş servisi işə salınıb. Bir neçə iri Almaniya bankının təşəbbüsü olan onlayn ödəniş sisteminin yaranmasına səbəb maliyyə müəssisələrinin “PayPal” sisteminin bazarda dominantlıq etməsindən şikayət etməsi olub.

 “Paydirekt” saytından artıq istifadə etmək olar, lakin ödəniş sisteminin ilin sonunadək tam fəaliyyətə başlaması gözlənilir.

 Sistem yaradıcılarının sözlərinə görə, “Paydirekt” bank hesabından vasitəçi olmadan rahat və sürətli onlayn ödənişləri təmin edir. “Paydirekt” iştirakçı bankların sistemlərinə inteqrasiya olunub və ölkənin bank sahəsinin tələblərinə tam cavab verir.

 Bank sahəsi işçiləri bildiriblər ki, yeni xidmətdən həmçinin xarici istifadəçilər yararlana biləcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr