Azərbaycanda 9 ayda elektron ticarətin həcmi 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda həyata keçirilən elektron ticarətin həcmi açıqlanıb.

392923
Azərbaycanda 9 ayda elektron ticarətin həcmi 2 dəfə artıb

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin doqquz ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 9,3 milyon manat təşkil edib.
Əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artım qeydə alınıb.
Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 92,2 faizi hüquqi şəxslərdən, 7,8 faizi isə fərdi sahibkarlardan alınıb. E-ticarət dövriyyəsinin 96,4 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr