Neft qiymətləri 60-70 dollara çata bilər

Rusiyanın energetika naziri Aleksandr Novak gələn il neft qiymətlərinin 60-70 dollara çata biləcəyini deyib.

349549
 Neft qiymətləri  60-70 dollara çata bilər

"Artıq gələn qiymətlər bir barrelə 60-70 dollara qalxa bilər... Orta qiymətlər uzun perspektivdə 50 dollar olacaq ", - Rusiya rəsmisi Soçi-2015 Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Bu arada LUKOİL neft şirkətinin vitse-prezidenti daha optimistik proqnozla çıxış edib.
Leoinid Fedun qiymətlərin 80 və hətta 100 dollara çatacağını bildirib.
Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin hesab edir ki, neft qiymətləri 5-dən 7 ilədək hazırkı 40-60 dollar radələrində qala bilər.
Qeyd edək ki, cümə günü London birjasında Brent markalı neftin qiyməti 48,13 dollar olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr