Beynəlxalq Valyuta Fondu Özbəkistana müsbət qiymət verib

Beynəlxalq Valyuta Fondu IMF Özbəkistanın iqtisadi, ticarət və maliyyə qurumları ilə bağlı müsbət açıqlamalar verən hesabat dərc edib.

351188
Beynəlxalq Valyuta Fondu Özbəkistana müsbət qiymət verib

  Hesabata görə, ölkədə özəl sektorun inkişaf etdirilməsi, özəlləşdimənin sürətləndirilməsi, təşkilati idarəetmə sisteminin tətbiq olunması və sahibkarların önündəki hər cür maneələrin aradan qaldırılmasına istiqamətli qanuni tənzimləmələr qiymətləndirilib və Özbəkistan iqtisadiyyatının qarşı illərdə daha da inkişaf edəcəyi proqnozlaşdırılıb. Bu baxımdan Özbəkistan iqtisadiyyatının 2016-ci ildə 7, 2017-ci ildə 6,7 və 2018-2020-ci illər arasında 6,5 faiz inkişafı gözlənilir.

  Hesabatın tövsiyə hissəsində Özbəkistan səlahiyyətliləri valyuta sisteminin liberallaşdırılması və xarici valyuta ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı addımlar atmağa çağırılıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr