Qəzvin-Rəşt-Astara dəmiryolu gələn il istifadəyə veriləcək

Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi davam etdirilir və ümid edirik ki, 2016-cı ildə işlər yekunlaşacaq.

386976
Qəzvin-Rəşt-Astara dəmiryolu gələn il istifadəyə veriləcək

Bu sözləri İranın Yol və Şəhərsalma Nazirliyinin Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin direktor müavini Məsud Nəsr İsfahani ISNA agentliyinə verdiyi müsahibəsində deyib.
M.İsfahani qeyd edib ki, Qəzvin-Rəşt-Astara dəmiryolunda infrastrukturun tikintisi üzrə işlərin 90 faizi həyata keçirilib.
Onun sözlərinə görə, bu dəmiryolu İran üçün çox önəmlidir: “Biz var gücümüzlə işləri davam etdiririk. Qəzvindən Rəşt şəhərinədək olan məsafədə işlərin çoxu görülüb və ümid edirik ki, Astaraya kimi olan məsafədə də işlər sürətlənərək tezliklə başa çatacaq”.
Qeyd edək ki, dəmiryol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi artıq tamamlanıb.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmiryolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və onun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 20 milyon tona qədər olacağı proqnozlaşdırılır. Bu layihə İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirərək yüklərin İrandan Avropaya və əks istiqamətə daşınmasını təmin edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr