Zibilin arasından çıxan 100 kq qəpik

Azərbaycanda zibillərin arasından 100 kiloqrama yaxın qəpik tapılıb.

344201
Zibilin arasından çıxan 100 kq qəpik

Azərbaycanın xəbər saytı APA-nın verdiyi məlumata görə, Bakıda “Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda 100 kiloqrama yaxın qəpik yığılıb.

Əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.

Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək.

2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr