BVF-nin "yavaşlama" xəbərdarlığı

Beynəlxalq Valyuta Fondunin (IMF) prezidenti Kristin Laqard (Christine Lagarde) qlobal iqtisadiyyatda böyümənin gözlənilənlərdən aşağı olacağını bildirib.

373019
BVF-nin "yavaşlama" xəbərdarlığı

  Laqard İndoneziyaya iki günlük səfər zamanı mətbuata açıqlamalar verib.

  Beynəlxalq Valyuta Fondunin (IMF) prezidenti bu ay qlobal iqtisadi böyümənin iyul ayına görə 3,3 faizdən aşağı olacağını bildirib.

  Laqard Çindəki yavaşlama, sıxılaşan qlobal maliyyə şərtləri və Amerika Birləşmiş Ştatlarındakı faiz artım ehtimalı kimi hadisələrə diqqət çəkərək İndoneziya kimi bəzi inkişaf edən iqtisadiyyatları tətikdə olmağa çağırıb.

  Laqard Çin iqtisadiyyatının yeni böyümə modelinə uyğunlaşmaq istədiyi zaman yavaşladığını, eyni zamanda, bunun gözlənilməz olmadığını da söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr