Ukraynanın tapdığı müvǝqqǝti yol

Çǝtin bir proseslǝ qarşı-qarşıya olan Ukrayna yaşadığı maliyyǝ böhranına müvǝqqǝti dǝ olsa hǝll yolu tapıb.

341226
Ukraynanın tapdığı müvǝqqǝti yol

Çǝtin bir proseslǝ qarşı-qarşıya olan Ukrayna yaşadığı maliyyǝ böhranına müvǝqqǝti dǝ olsa hǝll yolu tapıb.
Ukraynanın 19 milyardlıq xarici ölkǝlǝrǝ olan borcunun 20 faizinin beynǝlxalq kreditorlar tǝrǝfindǝn silindiyi vǝ cǝmi borcun yenidǝn planlaşdırıldığı bildirilb.
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk altı aydır kreditorlarla keçirilǝn görüşlǝrdǝ müsbǝt nǝticǝ ǝldǝ edildiyini açıqlayıb.
Yatsenyuk Kiyevdǝ verdiyi açıqlamada bildirib ki, kreditorlar borcun 20 faizinǝ bǝrabǝr olan tǝqribǝn 4 milyard dolları sildilǝr, qalan borcun isǝ 4 il sonraya tǝxirǝ salınması planlaşdırıldı.
Qeyd edǝk ki, Ukraynanın Maliyyǝ Nazirliyi cari ilin mart ayının 12-dǝ borcların yenidǝn nizamlanması mǝqsǝdi ilǝ beynǝlxlaq kreditorlarla danışıqlar başlatmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr