Türkiyə iqtisadiyyatının iyul ayı üçün güvən indeksləri

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2015-ci ilin iyul ayı üçün olan iqtisadi güvən indeksini açıqlayıb.

308132
Türkiyə iqtisadiyyatının iyul ayı üçün güvən indeksləri

  İqtisadi güvən indeksi iyulda keçən aya nisbətən 4,8 faiz artaraq 83,56 olub.

  İqtisadi güvən indeksində artım real seqment (emalat sənaye) üzrə xidmət sektorunun güvən indekslərindəki artımlara görə müəyyən olunur.

  Real seqment güvən indeksi keçən aya görə 1,4 artıb. İyunda 101,50 olan indeks, iyulda 102,90 olub. Xidmət sektoru üzrə güvən indeksi də 1,4 faiz artaraq 99,34-dən 100,69-a, pərakəndə ticarət üzrə sektorunun güvən indeksi isə 0,7 yüksələrək 103,69-dan 104,45-ə qalxıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr