Yunanıstana maliyyə yardımı

Yunanıstana maliyyə yardımı məsələsi öz həllini gözləyir.

310776
Yunanıstana maliyyə yardımı

Bu ayın sonunadək beynəlxalq kreditorlarla anlaşmalı olan Yunanıstanda vəziyyət gərgin olsa da ümidlər tükənməyib.
İslahatlar qarşılığında maliyyə yardımı anlaşması üçün Lüksemburqda Avro bölgəsi maliyə nazirlərinin bir araya gəlməsi razılaşma ilə nəticələnmədi.
Hadisələrin inkişafı ilə əlaqədar məsələyə müdaxilə edən Avropa İttifaqı Şurasının Prezidenti Donalt Task (Donalt Tusk) liderləri bazar ertəsi günü Brüsselə fövqəladə iclasa çağırdı.
Fransa prezidenti Fransua Oland (Francois Hollande) hər mümkün imkandan istifadə olunmasının vacibliyini vurğuladı. İngiltərə Maliyyə naziri Corc Ozborn (George Osborne) Londona dönərkən “ən pis vəziyyətə hazır olmalıyıq” dedi.
Avropa Mərkəzi Bankının idarə heyəti Yunanıstan Mərkəzi Bankının nəqd pul artımı tələbini müzakirə etmək üçün fövqəladə iclas keçirdi.
Yunanıstanda xaos gözləyənlərin yanıldığını söyləyən Baş Nazir Aleksis Çipras (Alexis Çipras) razılaşma əldə olunduğu təqdirdə Yunanıstanın yenidən böyümə trendinə girəcəyi fikrini müdafiə etdi.
Avropa İttifaqından çıxmaq istəməyən və çox hissəsi ana mühalifətin Yeni Demokratiya Partiyası tərəfdarlarından ibarət olan minlərcə insan hökumətin borc müzakirələrinə aid həyata keçirdiyi siyasətə etiraz etdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr