Türkiyə ayran ixracatında rekord vurub

2015-ci il məlumatına görə, ayran ixracatının iqtisadi qarşılığı 12 milyon dolları aşıb.

304522
Türkiyə ayran ixracatında rekord vurub

  Türkiyədə ayran istehsalı bu ilin ilk 4 ayında keçən ilin eyni dövrü ilə müqayisədə çox artıb. Belə ki, keçən ilin yanvar-fevral-mart-aprel aylarında 189.129 ton ayran istehsal edildiyi halda, bu ilin eyni dövründə ayran istehsalı 191.299 tona qalxıb.

  Son 5 ildə ayran ixracatından əldə edilən gəlir 11 milyon 853 min 724 dollardan artıq olub.

  Qeyd edək ki, Türkiyə son 5 ildə 16 ölkəyə - Amerika Birləşmiş Ştatları, İran, İraq, Küveyt, Sinqapur və b. yerlərə ayran ixrac edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr