Türk Axını layihəsinin düyməsi basılır

Rusiya təbii qazını Türkiyə üzərindən Avropa bazarlarına daşıyacaq Türk Axını layihəsi gerçəkləşir.

299441
Türk Axını layihəsinin düyməsi basılır

  Rusiyanın təbii qaz şirkəti Qazprom İdarə Heyətinin sədri müavini Aleksandr Medvedev Türk Axını layihəsinin inşası üçün hökumətlərarası razılaşmanın ay sonuna qədər imzalanacağını açıqlayıb.

  Medvedev mətbuat konfransında Türkiyədəki Parlament seçkilərinin layihəyə təsir etməyəcəyini bildirib. O, Türk Axını layihəsinin ilkin mərhələsinin 3 milyard 300 milyon avroya başa gələcəyini deyərək "Amma bu rəqəm dəqiq deyil. Bolqarıstan üzərindən də qaz daşınması planlaşdırılırdı, lakin Cənubi Axın Layihəsi ləğv edilincə bəzi şeylər dəyişdi” söyləyib.

  Xatırladaq ki, Cənubi Axın Layihəsinin ləğvindən sonra Rusiya prezidenti Vladimir Putin Rusiya qazını Avropaya Türkiyə üzərindən daşıyacaq bir boru xətti inşa edəcəklərini 2014-cü ilin dekabr ayında bildirmişdi. Türk Axını Layihəsinin 63 milyard kubmetrlik olacağı da müzakirə edilmişdi. Bu məbləğin 47 milyard kub metrlik qismi Avropaya çatdırıldıqdan sonra qalan 16 milyard kubmetrin Türkiyənin daxili bazarlarında istehlak ediləcəyi nəzərdə tutulur.

  Qeyd edək ki, Türkiyə keçən il Rusiyadan 27,3 milyard kubmetr təbii qaz idxal edərkən bunun böyük qisimini BOTAŞ alıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr