Yunanıstan iflasdan xilas olmağa çalışır

Yunanıstanın iqtisadi vәziyyәtiylә bağlı Almaniyada toplantı keçirilib.

301270
Yunanıstan iflasdan xilas olmağa çalışır

Almaniyada Avropa İttifaqı və Beynəlxalq valyuta Fondu səlahiyyətliləri, böhranda olan Afina üçün, toplantı keçiriblər. Toplantıda Yunanıstan ilə davam edən əlaqələri sıx şəkildə davam etdirmə qərarı çıxarıldı. Paytaxt Berlində Almaniya kansleri Angela Merkelin ev sahibliyi etdiyi görüşdə, Fransa prezidenti Fransua Hollande, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Mərkəzi Bankı Rəhbəri Mario Draghi və BVF Rəhbəri Christine Lagarde da qatılıb. Qeyd edək ki, Yunanıstanın, BVF və İttifaqa milyardlarla avroluq borcu var. Yunanıstan, maliyyə böhrandan xilas olmaq üçün, 7 milyard 200 milyon avro kredit yardımını gözləyir. Lakin bu yardım, Afina hökumətinin bəzi islahatları həyata keçirməsindən asılıdır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr