Türkiyədən Avropa Şurasına böyük pay

Xarici İşlər Nazirliyi Türkiyənin Avropa Şurası büdcəsinə ən çox pay verən ölkələr arasına girdiyini açıqlayıb.

274377
Türkiyədən Avropa Şurasına böyük pay

  Avropa Şurası büdcəsinə ən çox pay verən ölkələr Almaniya, İngiltərə, İtaliya, Fransa və Rusiya sayılır.

  Nazirlikdən verilən məlumata görə, yanvar ayından müzakirə olunan bu məsələ barədə bu həftə Avropa Şurası Nümayəndələr Palatasının toplantısında qəbul edilən açıqlamada yazılır: "Bu gedişlə Türkiyənin Şuraya payı 2015-ci ildə olan təxminən 14 milyon avro səviyyəsindən 1 yanvar 2016-cı il tarixinə qədər 34 milyon avro səviyyəsinə yüksələcək".

  Avropa Şurası Katibliyində Türkiyəli vəzifə daşıyanların sayının da artması barədə yazılıb: "2016-ci ilə qədər Avropa Şurası Parlamenti ilə Yerli və Regional Rəhbərliklər Konqresindəki Türkiyəli üzvlərin sayı 12-dən 18-ə qalxıb və artıq Türkiyə türkcəsinin hər iki qurumda iş dilləri sırasına girməsi gözlənilir".


Etiketlәr:

Әlaqәli Xәbәrlәr