İlin ilk rübündə Türkiyə turizm gəlirlərində artım

Türkiyə Statistika Qurumu (TÜİK) ilin ilk rübü ilə bağlı turizm statistikasını açıqlayıb. Məlumata görə, keçən ilin eyni dövrünə görə gəlirlər 1,3 artaraq 4 milyard 868 milyon 890 min dollara çatıb. Turizm gəlirinin 78,8 faizi xaricilər, 21,2 faizi isə xaricdə yaşayan Türkiyə vətəndaşları hesabına başa gəlib.

256476
İlin ilk rübündə Türkiyə turizm gəlirlərində artım

  Bu rüb xərclərin 4 milyard 457 milyon 546 min dollarını fərdi, 411 milyon 343 min dollarını isə paket-dövr xərcləri təşkil edib.

  İlin ilk rübündə səyahət edənlərin adambaşına orta xərci 911, xaricilərin 884 dollar, xaricdə yaşayan Türkiyə vətəndaşlarının isə 994 dollar olub.

  Bu ilin ilk 3 ayında Türkiyədən çıxanların sayı 5,5 faiz artaraq 5 milyon 344 min 575 nəfərə çatıb. Bunların 80,7 faizini xaricilər, 19,3 faizini isə xaricdə yaşayan vətəndaşlar təşkil edir.

  Ölkə içində qeydiyyatda olub başqa diyarları səyahət edən vətəndaşların xərcləri keçən ilin əvvəli ilə müqayisədə 6,1 faiz azalaraq 1 milyard 282 milyon 504 min dollar olub. Bunun 1 milyard 27 milyon 542 min dolları fərdi, 254 milyon 962 min dolları isə paket-dövr xərcləridir.

  Xarici ölkələrə səfər edən vətəndaşların sayı isə bir il əvvələ görə 7,9 faiz artaraq 1 milyon 865 min 59 nəfər, hər adama orta xərclik isə 688 dollar olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr