Ağlı başdan alan maşınlar sərgisi

ABŞ-ın Los Angeles şəhərində təşkil edilən yenilənmiş nəqliyyat sərgisi ''DUB Show '' başlayıb.

245208
Ağlı başdan alan maşınlar sərgisi

  On minlərlə dollar xərclənərək xüsusiyyətləri və görünüşü dəyişdirilmiş 700 avtomobil “Convention Center”ə gətirilib.
Sərgi insan axınına uğrayır. Ən çox maraq böyük təkərli və xüsusi işıqları olan avtomobillərdir.

  Klassik və yeni model maşınların dəyişdirilmiş formalarının nümayiş olunduğu sərgidə Ferrari, Lamborgini, Ford Mustang kimi 100 minlərlə dollar dəyərində olan avtomobillər göstərilir.

  Motosikletlərə də yer verilən sərgidə onların xarici görünüşü mini TV-lərlə dizayn edilmiş köhnə modelləri nümayiş olunur.

  Sərgidə velosiped və skeytbord şouları da gələnlərə həyəcanlı dəqiqələr yaşadır.

  Qonaqlar hər maşının yanında fotoşəkil çəkdirməkdən yorulmurlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr