Əli Babacan TBMM-də çıxış edib

Babacan, bütün dünyada iqtisadi və maliyyə böhranın olduğu 2009-ci ildə hökumətin keçirdiyi islahatlar barədə danışıb.

156954
Əli Babacan TBMM-də çıxış edib

Baş nazirin müavini Əli Babacan, Türkiyə Böyük Millət Məclisində keçirilən 2015-ci il büdcə müzakirələrində etdiyi çıxışı zamanı, hökümətin hazırladığı büdcənin müvəffəqiyyətlə tətbiq olunduğunu söyləyib.
Babacan, bütün dünyada iqtisadi və maliyyə böhranın olduğu 2009-ci ildə hökumətin keçirdiyi islahatlar barədə danışıb.
Başda özəlləşdirmə olmaqla, təhsil, səhiyyə, sosial təminat kimi sahələrdə struktur islahatlarını zamanında reallaşdırdıqlarını vurğulayan baş nazirin müavini, “Güclü iqtisadiyyat və güclü bir bank sistemi bizi 2008-2009-cu il böhranından qorudu” deyə bildirib. Türkiyənin ilk dəfə Beynəlxalq Valyuta Fondunda kredit verən və idarəedici ölkələr sırasında olduğunu vurğulayan Babacan, 2015-ci ilin, 2014-cü illə müqaisədə hər sahədə daha yaxşı bir il olacağını söyləyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr