Türkiyədə sərmayə qoyulacaq sahələr tanıdılıb

Bakıda, Türkiyəyə investisiya qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə investisiyan mühiti, təşviq sistemi və investisiya imkanları haqqında birbaşa məlumat vermək məqsədilə toplantı keçirilib.

138341
Türkiyədə sərmayə qoyulacaq sahələr tanıdılıb

Azərbaycanın paytaxtı Bakıda, Türkiyəyə investisiya qoymaq marağı olan beynəlxalq investorlara texniki səviyyədə investisiyan mühiti, təşviq sistemi və investisiya imkanları haqqında birbaşa məlumat vermək məqsədilə toplantı keçirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Coşkun Alper “Bizim bu tədbiri keçirməkdə məqsədimiz, Azərbaycanlı iş adamlarını Türkiyədə sərmayələr yatırtmağa sövq etmək və onların həyata keçirəcəkləri layihələrə dəstək verməkdir. Biz sadəcə Azərbaycanlı iş adamlarının Türkiyədə, Türk iş adamlarının isə Azərbaycanda sərmayə yatırmalarını hədəfləməmişik. Bizim hədəfimiz üçüncü ölkələrə də sərmayə yatırılmasına nail olmaqdır. Artıq Azərbaycan və Türkiyə iqtisadiyyatı bərabər səviyyədə inkişaf etməkdədir” deyə bildirib.
Tədbirdə iştirak edən Türkiyəli iş adamları çıxış edərək öz potensiallarını təqdim ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr