Neft İxrac edən Ölkələr Birliyinin konfransı keçirilib

Ötən gün Neft istehsalçısı olan 12 ölkənin enerji nazirləri Avstriyanın paytaxtı Vyanada, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) konfransında bir araya gəliblər.

208474

Toplantıda əsasən son 4 il yarımda aşağı düşən neft qiymətləri müzakirə edilib.
Yığıncaqda son sözü, Səudiyyə Ərəbistanı başda olmaqda Körfəz ölkələri söyləyib.
Neft istehsalının məhdudlaşdırılması istiqamətində qərar qəbul edilməyib və istehsal hər zamanki kimi reallaşdırılacaq.
Toplantıya qatılan ölkələrdən İran, Nigeriya və Venesuela istehsalın azaldılmasını tələb etsə də, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri buna qarşı çıxıb.
Beləcə Neft İxrac edən Ölkələr Birliyinə üzvü olmayan Rusiyanın, neft qiymətlərinin yüksəlməsi üçün bütün ölkələrə istehsalın məhdudlaşdırılması üçün etdiyi cəhdlər nəticəsiz qalıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr