İqtisadi Əməkdaşlıq Təşkilatı Liderlər Zirvəsi işə başlayıb

Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı Liderlər Zirvəsi işə başlayıb.

186870
 İqtisadi Əməkdaşlıq Təşkilatı Liderlər Zirvəsi işə başlayıb

Pekində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı Liderlər Zirvəsi işə başlayıb. Böyük okean sahillərində olan ölkələri bir araya gətirən zirvədə bir sır ölkələrin nümayəndələri iştirak edir. Çin Dövlət Başçısı Si Cinpin, zirvə çərçivəsində, Rusiya Dövlət Başçısı Vladimir Putin ilə görüşüb. İki lider, enerji əməkdaşlığı artırma mövzusunda müzakirələr aparıblar. Tərəflər görüşdə kosmos və maliyyə və nəqliyyat sahələrində əməkdaşlığı artırma mövzusunda razılıq əldə olunub. Çin dövlət başçısı Si Cinpin və Yaponiya baş naziri Şinzo Abe, görüşdə ölkələr arasındakı dialoqun mərhələli şəkildə artırılmasına qərar verib. Yapon baş naziri Abe, görüşdə Şərq Çin dənizindəki adalar mövzusunda fərqli baxışların olduğunu qəbul etdiyini söyləyib. İki ölkə hər hansı bir yaşayış yerinin olmadığı adaların hansı tərəfə aid olduğu mövzusunda gərginlik yaşanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr