Sentiyabr ayına olan xarici ticarǝt

Türkiyǝ Statistika qurumu sentiyabr ayına olan xarici ticarǝt rǝqǝmlǝrini açıqlayıb.

176155
Sentiyabr ayına olan xarici ticarǝt

Türkiyǝ Statistika qurumu sentiyabr ayına olan xarici ticarǝt rǝqǝmlǝrini açıqlayıb.
Buna görǝ ixracat sentiyabr ayında, keçǝn ilin müvafiq dövrü ilǝ müqayisǝdǝ 4.6 faiz artıb, idxalat isǝ 0.2 faiz azalıb. İxracat 13 milyard 660 milyard dollar, idxalat isǝ 20 milyard 585 milyon dollar olub.
Sentiyabr ayında xarici ticarǝtdǝki kǝsir 8.4 faiz enǝrǝk 7 milyard 560 milyon dollardan 6 milyard 925 milyon dollara düşüb.
İxracatın idxalatı qarşılama nisbǝti isǝ 66.4 faizǝ yüksǝlib.
Avropa İttifaqına reallaşdırılan ixracat, 2013-cü ilin müvafiq dövrü ilǝ müqasiyǝdǝ 7.1 faiz nisbǝtindǝ artaraq 6 milyard 2 milyon dollar olub.
Әn çox ixracat reallaşdırılan ölkǝ 1 milyard 321 milyon dolları ilǝ Almaniyadır, bu ölkǝni İngiltǝrǝ, İraq vǝ ABŞ izlǝyib.
İdxalatda isǝ ilk yerdǝ 2 milyard 318 milyon dollar ilǝ Çin olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr