90 illik şokolad markasının adı dəyişdirildi

Ötən ilin sonlarında İtalio Suisse markasını “İSİS” olaraq yeniləyən şirkət adını yenidən dəyişdirməyə qərar verdi.

170568
90 illik şokolad markasının adı dəyişdirildi

Ötən ilin sonlarında İtalio Suisse markasını “İSİS” olaraq yeniləyən şirkət adını yenidən dəyişdirməyə qərar verdi. Buna səbəb olaraq isə terror təşkilatı İŞİD-in ingiliscə İSİS olaraq göstərilməsidir. Ad bənzərliyinin satışa çox pis təsir etdiyini deyən şirkətin satış müdiri "Şokolad və digər qənnadı məmulatlarımızda İSİS adını seçdik. Lakin eyni adla bir terror təşkilatının olduğunu bilsəydik bunu etməzdik” deyib.
Beynəlxalq sahədə sahib olduqları müştərilərinin bir terror təşkilatı ilə eyni adı daşımaq istəmədiklərini ifadə edən şirkət nümayəndəsi Libeert, buna görə şirkətin adını qurucularının familyası olan "Libeert" adlandıracaqlarını bildirib.
Qeyd edək ki, dünyanın ən məşhur şokolad şirkətlərindən biri olan İSİS, ildə 5 min tondan artıq məhsul istehsal edir və bununla 35 milyon avro qazanır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr