Əhməd Davudoğlu nəhəng layihəni imzalayıb

Davudoğlu Trans Anadolu Təbii Qaz Boru Xətti- TANAP layihəsinin imzalanması mərasimində çıxış edib.

156560
Əhməd Davudoğlu nəhəng layihəni imzalayıb

Baş nazir Əhməd Davudoğlu Trans Anadolu Təbii Qaz Boru Xətti- TANAP layihəsinin imzalanması mərasimində çıxış edib. Davudoğlu "TANAP sülh layihəsidir, yaşasın Balkanlarla Qafqaz arasındakı sülh körpüsü" deyib.
Layihəyə əsasən ilkin mərhələdə 16 milyard kubmetr təbii qaz daşınacağını, daha sonra isə tutumun 22,24 və 32 milyard kubmetrə çatdırılacağını xatırladan Davudoğlu Türkiyənin istehlakçı bir ölkə olması ilə yanaşı tranzit bir ölkə olacağını və 2019-ci ildən etibarən Avropaya qaz nəqlinə başlayacağını deyib.
Türkiyə və Azərbaycanın bir-birini tamamlayan iki ölkə olduğunu ifadə edən Davudoğlu "Coğrafyalarımız və enerji potensialımız bir-birini tamamlayır" deyə vurğulayıb. Layihənin yalnız təbii qaz layihəsi olmayacağını bildirən Baş nazir Xəzər dənizindən başlayaraq Albaniyada Adriatik dənizinə çatacağını və oradan da İtaliyaya keçəcəyini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr