38 milyon dollara Ferrari

1962-cı ilin Ferrarisi, rekord qiymətə satılıb.

92905
38 milyon dollara Ferrari

ABŞ-da təşkil olunan hərracda, nadir idman avtomobili, vergilər daxil 38 milyon dollara satılıb.
Bu, indiyə qədər, üstəlik qəzaya uğramış bir avtomobil üçün ödənən ən yüksək qiymət olub.
Həyəcanlı hərrac, ABŞ-ın Kaliforniya Ştatında təşkil edilib.
Adı açıqlanmayan alıcı, hərraca telefon vasitəsiylə qatılaraq İtaliya istehsalı olan avtomobilə, vergilər daxil olmaqla 38 milyon dollar ödəyib.
Bu rəqəm keçən il İngiltərədə satılan avtomobil üçün ödənilən 30 milyon dollarlıq rekordu qırıb.
Dünyadakı 39 vasitədən biri olan avtomobili, xizək üzrə Olimpia çempionu Fransalı Henri Oreille də istifadə edib.
Oreille 1962-ci ildə, bu avtomobillə qəzaya uğrayaraq həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr