"İran vǝ Türkiyǝ birbirindǝn ǝsla vaz keçmǝyǝcǝk iki ölkǝdir"
İqtisadiyyat naziri Nihat Zeybǝkçi, İran Sǝnaye, Mǝdǝnlǝr vǝ Ticarǝt naziri Mǝhǝmmǝd Rza Nematzadǝ ilǝ iş yemǝyindǝ bir araya gǝlib.
İqtisadiyyat naziri Nihat Zeybǝkçi, İran Sǝnaye, Mǝdǝnlǝr vǝ Ticarǝt naziri Mǝhǝmmǝd Rza Nematzadǝ ilǝ iş yemǝyindǝ bir araya gǝlib.
Nazir Zeybǝkçi, yemǝkdǝn öncǝ mǝtbuata bağlı keçirilǝn görüşdǝ qǝbul edilǝn qǝrarlar barǝdǝ mǝlumat verib vǝ deyib ki, İran vǝ Türkiyǝ birbirindǝn ǝsla vaz keçmǝyǝcǝk iki ölkǝdir. İki ölkǝnin xarici ticarǝt dövriyyǝsinin 35 milyard dollara çıxarılması barǝdǝ plan hazırlandı. İki ölkǝ arasında ticarǝtin asanlaşdırılmasına dair saziş imzalanması da qǝrara alındı.
İranın Türkiyǝ üçün Asiyanın o geniş coğrafiyasına vǝ böyük imkanlara açılan bir qapı olduğuna işarǝ edǝn Nihat Zeybǝkçi, Türkiyǝnin dǝ İran üçün Avropaya açılan vǝ dünya ticarǝtinin mǝrkǝzi olan ölkǝlǝrǝ açılan bir qapı olduğunu vurğulayıb.
Nazir, iki ölkǝnin ticarǝtinin önündǝki maneǝlǝrin götürülmǝsi barǝdǝ daha sürǝtli addımlar atacaqlarını da qeyd edib.
Әlaqәli Xәbәrlәr
Nigeriya ABŞ-dan pullarını qaytarmasını tələb edir
Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqqar sözügedən mövzu ilə bağlı deyib ...