Türkiyə və Azərbaycan arasında növbəti toplantı

Türkiyə və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın növbəti toplantısı başlayıb.

125000
Türkiyə və Azərbaycan arasında növbəti toplantı

Türkiyə və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə hökumətlərarası Komissiyanın növbəti toplantısı başlayıb.

Yığıncağın açılışında çıxış edən Baş nazirin müavini Bəşir Atalay, iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrin əhəmiyyətinə toxunub.

Bəşir Atalay, gələcək il xidmət göstərməyə başlayacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin bölgədəki bütün dinamikanı dəyişəcək xüsusiyyətdə olduğunu bildirib.

Şərq-qərb nəqliyyat dəhlizinin əhəmiyyətli bir halqasını təşkil edən Bakı-Tbilisi-Qars dəmiryolunun açılması ilə tarixi İpək Yolunun təsis ediləcəyini vurğulayan Atalay, bununla da qitələrarası məhsul tədarük zəncirinin əhəmiyyətli bir halqasını yaradacaqlarını qeyd edib.

Türkiyə olaraq Azərbaycanın nəqliyyat gücünü yaxından təqib etdiklərini ifadə edən Atalay bildirib ki, hazırda tikinti işləri davam edən əhəmiyyətli bir logistik mərkəzi halına gələcək olan beynəlxalq dəniz limanının regional nəqliyyat şəbəkəsi ilə inteqrasiyası mövzusunda Azərbaycanlı qardaşlarımız tərəfindən atılan addımları dəstəkləyirik. Limanın tamamlanması ilə Azərbaycan Alatdan və Bakıdan bütün Orta Asiyaya tranzferi reallaşdıran bir ticarət mərkəzi halına gələcəkdir, bu layihəni eyni zamanda Türkiyənin içində olduğu Avropadan Asiyaya birbaşa nəqliyyat dəhlizinin yaradılması mənasında da dəstəkləyirik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr