BNP Paribas, rekord cəza ödəyəcək

BNP Paribas, 8,9 milyard dollarlıq rekord cəzanı ödəməyə razı olduğunu bildirib.

113479
BNP Paribas, rekord cəza ödəyəcək

Fransanın ən böyük banklarından BNP Paribas, İran, Sudan və Kuba kimi ölkələrə tətbiq olunan sanksiyaları pozduğunu etiraf edib və ABŞ-a 8,9 milyard dollarlıq rekord cəzanı ödəməyə razı olduğunu bildirib.
Bank New Yorkdakı Manhattan Region Prokuroru Cyrus Vance tərəfindən qeydlərdə saxtakarlıq etmək və təxminən 30 milyard dolları gizləmək ittihamı ilə mühakimə olunub.
Bankın vəkilinin bu ittihamları qəbul etməsindən sonra bank səlahiyyətliləri və ABŞ Maliyyə Nazirliyi arasında aparılan danışıqlar nəticəsində 8,9 milyard dollar cəza ödənməsi mövzusunda razılığa gəlinib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr