İraqdakı hadisələr dünya bazarına da təsir etdi

İraqda İŞİD terror təşkilatının Mosul və Tikriti ələ keçirməsi dünya bazarına da təsir etdi.

93784
İraqdakı hadisələr dünya bazarına da təsir etdi

İraqda İŞİD terror təşkilatının Mosul və Tikriti ələ keçirməsi dünya bazarına da təsir etdi.
Belə ki, dünya bazarında neftin qiyməti son 9 ayda ən yüksək həddə çatıb.
Hazırda “Brend” markalı neftin bir bareli 2013-cü ilin sentyabr ayından indiyədək ən yüksək həddə çataraq 113 dollar təşkil edib.
Amerika xam neftininin bir barelinin qiyməti isə ötən ilin sentyabr ayından indiyədək artaraq 106 dollar olub.
Dünya birjalarında isə azalma müşahidə olunur. İngiltərənin “The İndependent” qəzetinin yazdığına görə, neftin qiymətinin 20 dollar artaraq 130 dollara çatacağı proqnozlaşdırılır.
Xəbərdə "Əgər neftin qiyməti artmaqda davam edərsə onsuz da üzülməkdə olan qlobal iqtisadiyyat təkrar represiya yaşaya bilər” deyilir.
Bir çox iqtisadçılar isə baş verənlərə daha optimist baxır və bu mərhələdə İraq böhranının böyük bir satış dalğası yaratmayacaqlarını ifadə edirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr