Putinin Çinə səfəri çərçivəsində tarixi qaz sazişinə imza atılıb

10 il davam edən danışıqlardan sonra Rusiyanın “Qazprom” şirkəti ilə Çinin Milli Neft Şirkəti arasında təbii qazın nəqli ilə bağlı saziş imzalanıb.

70830
Putinin Çinə səfəri çərçivəsində tarixi qaz sazişinə imza atılıb

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri çərçivəsində tarixi qaz sazişinə imza atılıb.

10 il davam edən danışıqlardan sonra Rusiyanın “Qazprom” şirkəti ilə Çinin Milli Neft Şirkəti arasında təbii qazın nəqli ilə bağlı saziş imzalanıb.

Sazişə əsasən, “Qazprom” 2018-ci ildən etibarən 30 il ərzində Çinə ildə 38 milyard kubmetr qaz ixrac edəcək. Ötən il Çinin 170 milyard kubmetr qaz istehlak etdiyi bildirilir.

2020-ci ildə bu göstəricinin 420 milyard kubmetrə çatacağı gözlənilir. Qeyd edək ki, Putinin Çinə səfəri zamanı 49 sahədə əməkdaşlıq haqqında sazişlər də imzalanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr