"Mançester Yunayted"  finalda

İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

1978388
"Mançester Yunayted"  finalda

TRT spor xəbər verir ki sonuncu finalçı müəyyənləşib.

“Mançester Yunayted”lə “Brayton” arasındakı sonuncu yarımfinal görüşünün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MY finala yüksəlib.

Daha öncə “Mançester Siti” də finala vəsiqə qazanmışdı. Beləliklə, iyunun 3-də keçiriləcək həlledici oyunda Mançester təmsilçiləri üz-üzə gələcəklər.

Brayton – Mançester Yunayted 0:0 (penaltilər 6:7)

Yunayted-Siti  3  iyunda  final qarşılaşmasında   üz-üzə  gələcək

 



Әlaqәli Xәbәrlәr