DÇ: Braziliya yığmasında Neymar şoku

Braziliya yığmasının hücumçusu Neymar Qətərdə keçirilən dünya çempionatında Serbiya ilə ilk matçı sona çatdıra bilməyib.

1910974
DÇ: Braziliya yığmasında Neymar şoku

TRT spor xǝbǝr verir ki, o bu matçda topuq nahiyəsindən zədə alıb.

Millinin həkimi Rodriqo Lesmar “Globo Esporte" nəşrinə açıqlamasına futbolçunun zədəsi barədə bunları danışıb:

“Neymarın sağ topuğu burulub. Onda şiş yaranıb, biz dərhal ehtiyat oyunçular skamyasında müalicəyə başladıq. İndi daha aydın məlumat əldə etmək üçün 24-48 saat gözləməliyik.

Xatırladaq ki, Neymar braziliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatan matçın 79-cu dəqiqəsində əvəzlənmişdi.

 



Әlaqәli Xәbәrlәr