Avroliqa: “Arsenal” bir qol ilǝ qǝlǝbǝ qazandı
Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçirilib.
1895729
TRT spor xəbər verir ki, London “Arsenal”ı İngiltərədə Niderlandın “PSV” komandasını qəbul edib.
A qrupu çərçivəsində baş tutan oyunun taleyini bir qol həll edib. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka qonaqların qapısından keçirib.
“Topçular” bu qələbədən sonra maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirlər. Britaniya təmsilçisi pley-off-a vəsiqəni təmin edib.