“Beşiktaş”- “Rizəspor” qarşılaşmasında qalib müəyyənləşməyib
Futbol üzrə Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir.
1759723
![“Beşiktaş”- “Rizəspor” qarşılaşmasında qalib müəyyənləşməyib](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/5d43/4e1e/2dbe/61dbbf34e16b6.jpg?time=1718386672)
TRT sporun xəbərinə görə dünən daha dörd qarşılaşma baş tutub.
“Beşiktaş” “Rizəspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
Rizəspor – Beşiktaş 2:2
Qol: Pohyanpalo, 56; 68 – Batşuayi, 25. E.İlkhan, 60.
Səfərdə “Konyaspor”la qarşılaşan “Sivasspor” minimal hesabla qalib gəlib. “Kayserispor” isə “Altay” üzərində oxşar qələbəyə sevinib.
“Göztəpə” “Antalyaspor”la oyunda dörd cavabsız qolla qalib gəlib.