Türkiyǝ-Xorvatiya  qarşılaşması 21.45dǝ  başlayacaq

Türkiyǝnin A Milli Futbol Komandası, 2018 FIFA Dünya Kuboku Avropa Seçmǝlǝrinin birinci Qrupu maçları çǝrçivǝsindǝ bu gün səfərdə Xorvatiya ilə qarşılaşacaq.

565193
Türkiyǝ-Xorvatiya  qarşılaşması 21.45dǝ  başlayacaq

Paytaxt Zaqrebdǝki Maksimir Stadıonunda Türkiyə vaxtıyla saat 21.45 başlayacaq olan vǝ Xorvatiyanın cǝzalı olması sǝbǝbiylǝ tamaşaçısız oynanacaq matça Polşa Futbol Federasiyası üzvü Szymon Marciniak hakemlik edǝcǝk.

Türkiyə Futbol Direktoru Fateh Termin rəhbərliyindəki ay-ulduzlu qrup, Xorvatiya komandasını səfərdə məğlub edərək, qrup matçlarına qalibiyyətlə başlamağı mǝqsǝd götürüb.

Qeyd edǝk ki, birinci qrupda Türkiyə və Xorvatiyadan başqa Kosovo, Finlandiya, İslandiya və Ukrayna da yer tutur. Buna görǝ qrupda bu gün eyni saatda Ukrayna-İslandiya, Finlandiya-Kosovo matçları da oynanacaq.

FIFA, mart ayında İsrail və Macarıstan ilə oynanan hazırlıq maçlarında azǝrkeşlǝrinin irqpǝrvǝr şuarları səbəbiylə Xorvatiya Milli Komandasına iki matç tamaşaçısız oynama cəzası vermişdir. Bu sǝbǝblǝ Türkiyǝ -Xarvatiya qarşılaşmasında   azǝrkeş  olmayacaq.  

 



Әlaqәli Xәbәrlәr