"Fənərbaxça" Portuqaliyada

Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

452681
"Fənərbaxça" Portuqaliyada

Türkiyənin yeganə təmsilçisi "Fənərbaxça" UEFA Avropa Liqasının 1/8 final mərhələsində Portuqaliyada "Braqa"nın qonağı olacaq. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça" bu üstünlüyünü qorumağa çalışacaq.

Municipal Stadionunda keçiriləcək görüşü Xorvat hakim Ivan Bebek idarə edəcək. Ivan Bebekin kardımcılarını həmyerliləri Tomislav Petrovic və Miro Grgic olacaq.

Türkiyə vaxtı ilə saat 22.05-də başlayacaq olan oyun, TRT 1 və TRT Radio 1-den canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, bu gecə baş tutacaq oyunlardan sonra bütün 1/4 finalçılar müəyyənləşəcək. Bu mərhələninın püşkü sabah İsveçrənin Nyon şəhərində atılacaq.


17 mart

Avropa Liqası, 1/8 finalın cavab oyunları

"Bayer" (Leverkuzen, Almaniya) - "Vilyareal" (İspaniya)
İlk oyun - 0:2

"Latsio" (İtaliya) - "Sparta" (Çexiya)
İlk oyun - 1:1

"Valensiya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya)
İlk oyun - 0:1

18 mart

"Anderlext" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun - 1:3

"Braqa" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyu - 0:1

"Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə)
İlk oyun - 0:2

"Sevilya" (İspaniya) - "Bazel" (İsveçrə)
İlk oyun - 0:0

"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 0:3



Әlaqәli Xәbәrlәr