İdman yaşa baxmır

ABŞ-ın San Dieqo (Diego) şəhərində təşkil edilən qaçış yarışında 92 yaşlı Harrit Tomson (Harriette Thompson) 42 kilometr 100 metrlik məsafəni qət edərək bitmə xəttinə 7 saat 24 dəqiqə 36 saniyədə çatıb və marafonu tamamlayan ən yaşlı qadın olub.

299480
İdman yaşa baxmır

  Əvvəllər pianoçu olmuş, sonralar onda çıxan xərçəng xəstəliyinə qalib gəlmiş Tomson 76 yaşından etibarən marafonlarda qaçmağa başlayıb.

  Bu günə qədər 16 marafona qatılan Tomson qazandığı pulları xərçəng xəstəliyilə bağlı araşdırmalara bağışlayır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr